Pərvinin atasının kasıbyana evi izləyiciləri qəzəbləndirdi (FOTO)

18
mar
2019
10:16
İlk dəfə atası ilə fotosunu paylaşan aktrisa Pərvin Abıyeva qınaq obyektinə çevrilib.BAKU.WS xəbər verir ki, aktrisanın atasının üzünü bağlaması "İnstagram" izləyicilərini qəzəbləndirir.Mütəmadi olaraq lüks həyat tərzini nümayiş etdirən Pərvinin atasının kasıbyana evi də sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.Onlar aktrisanın ünvanına "Adam da atasından utanar, üzünü niyə gizlətmisən?", "Belə "xod" gedirsən, atanın mebelərini dəyiş", "Özün lüks yaşayırsan, atanın evinə bax", "Yazıqdır, kişi taxta divanda oturmasın" kimi sözlər yazıblar. Abıyeva şərhlərə belə cavab verib: "Ay balam, atam məşhur olmaq istəmir. Bu onun qərarıdır. Nolub yenə, agzınıza gələni danışırsız? Siz öz atanızdan utanırsız məgər, mən də utanım!?Hmm deməli belə, şərhləri, saytlardakı başlıqları oxuyub gülürəm. Çox qeyri-adi millətik. Mən kənarda qalmışam, hamı atamın dərdini çəkir. Ay insanlar, siz nə bilirsiz ki, bu şəkildəki mənim atamın evidir. Qoy deyim, ürəyiniz rahatlasın, atamın evi deyil. Daha dincəlin"!AyselBAKU.WS




Oxşar xəbərlər
İstirahətə gedən Pərvinin başına iş gəldi - FOTOLAR
Aktrisa Pərvin Abıyeva istirahətdən qayıdıb. BAKU.WS xəbər verir ki, Antalyaya istirahəyə yollanan məşhur aktrisanın kefi pozulub. Belə ki, P. Abıyeva orada gün...
