“Pişik” Günel TƏBİB-ə od püskürdü: “Bir az vicdanlı olun” - VİDEO

“Pişik” Günel TƏBİB-ə od püskürdü: “Bir az vicdanlı olun” - VİDEO
Video
Şou-biznes 1188

“Pişik Günel” kimi məşhurlaşan müğənni Günel Ələkbərova səhhətinin pisləşdiyini bildirib.

BAKU.WS xəbər verir ki, o, bu barədə “Instagram” hesabında video paylaşıb.

“Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur, yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib”, - deyə müğənni bildirib.

Günel Ələkbərova ölkənin səhiyyəsinin bərbad olmasından gileylənib:

“Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr, yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz.

Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.

Üç gündür, bilmirəm, COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm, bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Bir az vicdanlı olun”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər