"Pişik üzümü cırmasaydı, 6 aylıq qızım dünyasını dəyişəcəkdi" - Əməkdar artist - FOTOLAR
26
iyl
2018
09:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Çingiz Əhməd "Xəzər TV"-də yayımlanan "Qadın gülərsə" verilişinin qonağı olub.BAKU.WS xəbər verir ki, məşhur komediya aktyoru illər öncə gördüyü bir yuxudan danışıb:"Bir yuxuma ömrüm boyu borcluyam. Qızım anası ilə yatmışdı. Evdə Vaska adlı pişiyim var idi. Təsəvvür edin ki, uşağın bütün ağzı, burnu yapışıb anasının sinəsinə. Bir də gördüm ki, yuxuda pişik üzümə bir cırmaq atdı, üzümü qan götürdü və oyandım. Tez uşağı götürdüm, gördüm ki, uşağın nəfəsi gəlmir. Uşağı silkələdim, sonra özünə gəldi. İnanın Allaha, səhərə qədər yata bilmədim. Ümumiyyətlə, pişikləri sevirəm. Harda pişik gördümsə, mağazadan nəysə alıb onu yedizdirirəm. Mən gec dursaydım, pişik üzümü cırmasaydı, bəlkə də 6 aylıq qızım dünyasını dəyişəcəkdi. Tər içində ayıldım, üzüm qan, gördüm ki, qızım boğulur". BAKU.WS
Oxşar xəbərlər
Pişik Günel efirdə çətin anlar yaşadı: Space TV-nin canlı efirində müğənninin paltarı cırıldı — FOTO
Müğənni Günel Ələkbərova ("Pişik" Günel) canlı yayımda çətin vəziyyətə düşüb.BAKU.WS ölkə.az-a istinadən verdiyi məlumatına görə, "Space" telekanalında Kamran H...