Pərvin Abıyeva: "Gəbərin, qurdlu məxluqlar!" - FOTO
18
iyn
2019
11:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”. Bu sözlər çimərlik görüntülərinə görə qınaq hədəfinə çevrilən Pərvin Abıyevaya məxsusdur. BAKU.WS xəbər verir ki, aktrisa tənqidlərə "İnstagram" hesabında sərt cavab verib:“İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qaraqəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradandır? Əslində, sizi yox, valideynlərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkib. İnsan övladını bu cür düşmən kimi böyütməməlidir.Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm".Aysel
Oxşar xəbərlər
Sərxoş vəziyyətdə hava limanını bir-birinə qatan Pərvin Abıyeva danışdı - VİDEO
Aktrisa Pərvin Abıyeva mətbuatda haqqında yazılan xəbərlərə reaksiya verib. BAKU.WS xəbər verir ki, aktrisa içkili vaxtı çəkilən videosu ilə bağlı Instagram-da...