Özündən 44 yaş kiçik sevgilisi ilə evlənir

Özündən 44 yaş kiçik sevgilisi ilə evlənir
Şou-biznes 220

"Rolling Stones" rok qrupunun 80 yaşlı solisti Mik Caqqer 36 yaşlı keçmiş balet rəqqasəsi Melani Hamriklə evlənir.

BAKU.WS xəbər verir ki, bu barədə "The Mirror"un məlumatında deyilir.

Mənbə bildirir ki, ötən həftə Melani barmağında nişan üzüyü ilə görüntülənib.

Hamrik bu yaxınlarda Nyu Yorka səfəri zamanı Amerika Balet Teatrında dostları ilə birlikdə olub və ətrafına nişanlandığını bildirib.

Qeyd edək ki, Melani və Mik 2014-cü ildən birlikdədirlər. Cütlüyün 2016-cı ildə bir oğlu dünyaya gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər