Oqtay Əliyevdən 50 yaşı tamam olan Dilarəyə ad günü sürprizi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Əməkdar artist Dilarə Əliyevanın 50 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, ATV kanalında yayımlanan "7 canlı" verilişinin ötəngünkü buraxılışı aktrisaya həsr edilib.
Proqramda Əliyevaya aid müxtəlif videoçarxlar nümayiş olunub. Ailə üzvləri, yaxınları, dostları Əməkdar artisti yeni yaşı münasibətilə təbrik ediblər. Həmin videogörüntülərdə Dilarə Əliyevanın həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyev də yer alıb.
O, əməkdar artistə xoş sözlərini bildirərkən artıq onun istədiyi filmlərə çəkilməsinə icazə verdiyini deyib. Daha sonra isə Dilarəyə çoxlu nəvəsi olmasını arzulayıb.
Təbriklərdən sonra isə Dilarə Əliyevanın evli qızı Aygül studiyaya gələrək anasına sürpriz edib.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...