Onlar öz mənfəətləri üçün sizi anında sata bilər - Ən qəddar bürclər
Yeniliklərdən dərhal xəbərdar olun
Astrologiyada bəzi bürclər məqsədlərinə çatmaq üçün hər cəhdi edirlər. Bəzən öz həyatlarına görə başqalarına qarşı son dərəcə qəddar ola bilərlər. Sırf özlərini düşündükləri üçün insanların ürək yanğısı ilə maraqlanmırlar.
BAKU.WS mütəxəssis astroloqların araşdırmalarına əsaslanaraq ən qəddar bürcləri sizlərə təqdim edir:
Əkizlər
Əkizlər bürcü adətən sizin üzünüzə qarşı çox şirin olur. Çox ünsiyyətcil və danışqan olan əkizlər həm də mehribandırlar. Bununla belə, əkizlər bürcünə mənsub insanlar hər şey yolunda getməyəndə arxanızca danışa bilərlər.
Onlar öz pis şərhləri ilə sizi qıcıqlandıra bilərlər. Əkizlər bürcü bu rəftarları göstərdikdə, mütləq öz səbəbləri olur. Onlar həmçinin yalan vədlər verə və məqsədlərinə çatmaqda sizdən istifadə edə bilərlər.
Xərçənglər
Xərçənglər lazım gələrsə, işi getsin deyə manipulyasiya edə bilərlər.
Problemlərini şişirdirlər ki, sizə təsir etsinlər və onlara kömək etməyə çalışasınız. Xərçənglərə yazığınız gələ və özünüzü onların işini görərkən tapa bilərsiniz.
Qız
Qızlar üzünüzə qarşı çox pis deyillər. Amma iş həyatına gəlincə, onlar tamamilə fərqli bir insana çevrilə bilirlər. Qız bürcünün inandırıcılıq qabiliyyəti yaxşı inkişaf edib.
Günahı olsa belə, bunu qəbul etmir və həmişə günahı qarşı tərəfdə axtarır. Onlar passiv-aqressiv strategiyalardan istifadə edərək manipulyasiya və hökmranlıq etməkdə çox yaxşı olduqları üçün sizi pis hiss etdirə bilərlər.
Tərəzi
Tərəzilər adətən təkdirlər. Kiminsə işinə qarışmağı sevmir. O, mehriban, şən və şirin dillidir. Amma hər şey yolunda getməyəndə birdən dəyişə bilir.
Tərəzilər çox iddialıdırlar və uğur qazanmaq üçün yorulmadan çalışırlar. Düzgün olmayan şeylər varsa, ətrafdakı insanların əhvalını korlaya, onlarla pis rəftar edə bilərlər.
Əqrəb
Əqrəblə danışarkən, sirrinizi onlara açarkən diqqətli olmalısınız. Çünki işlər istədikləri kimi getməyəndə əqrəb sizin sirrinizdən istifadə edə bilər.
Əqrəb bürcləri çox vaxt sirlidir. Özləri haqqında çox şey açıqlamırlar. Bununla belə, ətrafdakı hər kəsin onlara qarşı şəffaf olmasını gözləyirlər. Əqrəb bürcünə sataşdığınız zaman onlar sizin bütün sirlərinizi hamıya aça bilərlər.
Qoç, buğa, şir, oxatan, oğlaq, dolça və balıqlar da bəzən qəddar ola bilərlər.
Oxşar xəbərlər
Hansı bürclər bir-birləri ilə ayrılmaz dost olurlar? - ULDUZ FALI
Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir. Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz f...