"Ona "sözünü yedizdirib..." - İradə İbrahimova
03
avq
2019
14:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bəzi söylənən sözlərin altında qalmağa qərar verdim. Biri mənə söz atdığında, hətta söyləyən sözünün mənasının fərqində olmursa, məni deşib, əzib keçdiyini görərək, başa düşməyə çalışıram. Mənə ağır gələn o söz "altında əziləcəyim, ya da əziləcəkləri" qədər ağır bir şeylərimin olduğunu xatırladır mənə".BAKU.WS xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova yazıb. Sənətçi ona söz atanlara cavab verib:"Əvvəlcə sözü söyləyənə əsəbləşirəm, sonra "niyə bu qədər etina edirəm ki?" deyib, yaxşıca özümə əsəbləşirəm. kaş ki, söyləyənlər də o qədər ağır sözlər sərf etməsəydi... Əslində, o da söyləyə bilər, sözünü deməkdə, fikrini söyləməkdə hər kəs sərbəstdir. Yaxşı, bəs, onun o sözü mənə nə edir ki?İstəyirəmsə, qarşımdakı insanı başa düşməyin yollarını axtarıb tapacam. Lazım bilsəm, ona "sözünü yedizdirib", yeni bir məsuliyyət alacağam. İstəsəm də münasibətin pozulmamağının yollarını axtaracağam. Söylədiyi sözün yaşadığı travmalarla, yaralarla əlaqəli olub-olmadığını ölçüb-biçəcəyəm. Qısası, özümü dinləyəcəm".
Oxşar xəbərlər
“Yoldaşım mənə yaxınlaşmasa ondan 1 il uzaq duraram” – Zenfira İbrahimova - VİDEO
ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Zenfira İbrahimova olub.İfaçı 15 illik ailə həyatından danışıb:“Ailədə hər söz-söhbət ola bilər. Amma...