Oktyabrın ilk günü 31 dərəcə isti olacaq

Oktyabrın ilk günü hava mülayim keçəcək.
BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 27-31 dərəcə isti olacaq.
Bölgələrdə sentyabrın 30-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə əsasən Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir....