Okan Bayülgən Alim Qasımovu təəccübləndirən sözə görə üzrxahlıq etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli aparıcı Okan Bayülgən Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişində qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, aparıcı efirdə işlətdiyi sözün Azərbaycanda böyük səs-küyə səbəb olduğunu öyrənib və bununla bağlı açıqlama verib:
"Alim Qasımova "Siz çox özəl sənətçisiniz və yanınızda dəyərli sənətçi qızınız var. Nə qızınıza güzəşt edirsiniz, nə də yanınızda olan musiqiçilərə" dedim. Mən o sözü çox diqqətli şəkildə türk sözləri ilə ifadə edərək dedim. Məgər "kayırmak" bambaşqa məna verirmiş.
Biz də bir şey anlamadıq. Əgər anlasaydıq həmin hissəni kəsərdik. Bizə qonaqlarımız da məlumat vermədi. Təbii ki, belə bir niyyətim ola bilməz. Əgər üzr istəmək lazımdırsa, üzr istəyirəm".
Oxşar xəbərlər
Alim Qasımov və Fərqanə Qasımova türkiyəli məşhurları ağlatdı - VİDEO
“Məni anam dünyaya gətirsə də, sənət üçün atam doğub. Bu, ilahidən bir hədiyyədir. Muğamı həmişə tək oxuyurdular. Amma biz duet şəklində ifa etməyə başladıq, dü...