Oğlundan danışan Zamiq: “Yarım qalan arzularımı onda reallaşdıracam” - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Zamiq Hüseynov şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan ifaçı yeganə övladı Zeyndən danışıb. Ağır uşaqlıq illəri yaşayan sənətçi nakam qalan arzuları övladında reallaşdırmaq istədiyini bildirib:
“Oğlum Zeyn mənə çox oxşayır. Baxıram ki, xasiyyəti, küsməyi - hər şeyi eynilə mənəm. Mənim kimi insanlara tez yaxınlaşmır, əvvəl ehtiyat edir. Gərək bir neçə saat keçsin. Həmin adamı 2-3 gün görsün ki, yaxınlaşa bilsin. Görünüşcə də mənə bənzəyir. Anam deyir ki, "ona baxanda elə bilirəm ki, səni görürəm". Sanki mənim uşaqlığımdır. Musiqi duyumu çox yaxşıdır.
2 yaşı var, notları elə düz oxuyur ki... Əsas odur ki, gələcəyi yaxşı olsun, ağıllı olsun. Allah mənə cansağlığı versin, ona yaxşı təhsil verə bilim. Özümdə yarım qalan arzularımı onda reallaşdıracam ki, tamamlansın.
Ata olandan sonra valideyn olmağın dəyərini bildim. Zeyndən sonra valideynlərimi ikiqat çox istədim. Tələbkar valideynəm. Onun hər dediyinə razı olmayacam. Hər istədiyini almaq olmaz, çünki onda sağlam böyüməyəcək”.
Qalereya
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...