"O hədiyyələri şəxsi münasibətə görə verirlər" - VİDEO
04
apr
2019
15:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ARB-nin "Pəncərə" proqramının qonağı olan bəstəkar Gövhər Həsənzadə maraqlı fikirlər səsləndirib.BAKU.WS xəbər verir ki, Gövhər xanım müğənnilərin ifalarına görə pərəstişkarlarından bahalı hədiyyə almasına inanmadığını söyləyib: "Heç kim evində oturanda, çağırıb demirlər ki, qəşəng oxuyursan, al, bu maşını sənə verirəm. Kimsə kimisə bəyənirsə maşın bağışlayırsa, sənətə bağlamasınlar. Çıxıb efirdə özünü təqdim edir ki, filankəs filan mahnıya görə mənə maşın verdi. Şəxsi münasibətə görə verirlər o hədiyyələri. Maşına görə başqa dəyərləri qurban verməyin. Onu efirdə təqdim edəndə, efir qarşısında sizə gülən o qədər adam var ki... O dəyərlər maşına dəyər? Özünüzü gülünc vəziyyətə salmayın". Qeyd edək ki, son günlər müğənni Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu səviyyəsiz və zövqsüz mahnıya görə iş adamının ona 240 minlik "Gelandewagen" markalı maşın bağışladığını bildirib. Aysel BAKU.WS
Oxşar xəbərlər
Afət Fərmanqızına televiziyalarda QADAĞA qoyuldu? - MTRŞ-dan AÇIQLAMA (YENİLƏNİB)
"Mənə heç kim qadağa qoymayıb, qoya da bilməz! Pulumuz da var, adamımız da". BAKU.WS xəbər verir ki, bu sözləri Afət Fərmanqızı ona qoyulan qadağaya münasibət...