Nura Suri: "Şadlıq saraylarında dərəbəylikdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
O, şadlıq saraylarından şikayət edib:
"İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı ifaçılar olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır. Video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər.
Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa, behi verib və gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır.
Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. "Dejavü" yaşanır bütün toylarda".
Oxşar xəbərlər
Kişi fanatının bu addımı müğənnini şoka saldı
Müğənni Mert Demirin səhnə aldığı konsertlərindən birində diqqətçəkən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, Yenikapıdakı konserti zamanı səhnəyə çıxan kişi p...