İntihara cəhd edən feminist qızın vəziyyəti ağırdır - XƏSTƏXANA GÖRÜNTÜLƏRİ - (YENİLƏNİB)

İntihara cəhd edən feminist qızın vəziyyəti ağırdır - XƏSTƏXANA GÖRÜNTÜLƏRİ - (YENİLƏNİB)
Foto
Şou-biznes 8983

İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin vəziyyəti ağırdır.

Ayselin yaxın dostu olan jurnalist Nurlan Cəfərinin BAKU.WS-ə verdiyi məlumata görə, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan xəstənin beyninə qan sızıb:

"Sol ayağında sınıq var və yerə düşərkən beyin damarlarından birinin partlaması nəticəsində beyinə qan sızıb. Vəziyyəti çox ağırdır. Son və dəqiq diaqnoz budur. Gecə səhərəcən danışa bilməsə də, səhərə yaxın çox çətinliklə bir iki kəlmə danışa bildi".

12:50:57

Bu gün Bakıda feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi barədə məlumat vermişdik.

BAKU.WS xəbər verir ki, 24 yaşlı A.Ələkbərzadə ayaqlarının sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yasamal rayonunda yaşayan 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə gecə saatlarında intihara cəhd edib. O, özünü gecə saat 5-də yaşadığı binanın 2-ci mərtəbəsindən atıb. Vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib. Xatırladaq ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb.Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

Onun xəstəxanadan çəkilmiş fotolarını təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər