“Ayselin münasibətdə olduğu insanla problemi yaranıb, anasının üstünə təcili yardım gəlib”
14
mar
2019
20:03
Müğənni Aysel Əlizadənin sevgilisi ilə münasibətlərindən ciddi problem yaranıb.BAKU.WS-in məlumatına görə, bu barədə “ölkə.az”a açıqlamasında sənətçinin prodüseri Daşqın Rzazadə məlumat verib. D.Rzazadənin sözlərinə görə, Aysel Əlizadənin iş adamı ilə münasibəti barədə məlumatsızdır:“Mən belə bir münasibətin olmasından xəbərsizəm. Dünəndən özüm də Aysellə əlaqə saxlaya bilmirəm. Aysel iki ildir yaradıcılıq işləri ilə əlaqədar Türkiyədə yaşayır, şirkətlə müqaviləsi var. Sadəcə, arada gəlib anasını, bacısını görür. Ayselin hazırda münasibətdə olduğu insan var, nişanı, toyu olacaqdı. İndi münasibətlərində problem yaranıb. Anasının üstünə təcili yardım gəlib. Dünəndən qohum-əqrəbada aləm bir-birinə dəyib. Ayselin yeddi il əvvəl “Porşe”si olub. Səkkiz aydır Aysel Əlizadə ilə işləyirəm, həmin iş adamının evinə getməsi barədə məlumatsızam”.Qeyd edək ki, “Səni axtarıram” verilişinin dünənki buraxılışında Turanə adlı qadın bildirib ki, A.Əlizadə onun 13 illlik ailəsini dağıdıb.BAKU.WS
Oxşar xəbərlər
Ayselin qalmaqalı ilə bağlı yeni XƏBƏR: "Anasının üstünə təcili yardım gəlib"
Müğənni Aysel Əlizadənin sevgilisi ilə münasibətlərindən ciddi problem yaranıb.BAKU.WS ölkə.az-a istinadla xəbər verir ki, sənətçinin prodüseri Daşqın Rzazadə A...