İnternetdə görüntülü danışmağın faydası açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İnternetdə uzun müddət görüntülü danışmağın insan sağlamlığına təsiri araşdırılıb.
BAKU.WS “ntv.com”a istinadən xəbər verir ki, London universitetlərindən birində 50-90 yaş arası 11 min 418 şəxs arasında tədqiqat aparılıb.
Övladları, yaxınları və tanışları ilə internet üzərindən görüntülü danışan yaşlıların yaddaşı ilə bağlı çoxsaylı testlər həyata keçirilib.
Nəticədə onların yaddaşının daha da möhkəmləndiyi və gec qocaldığı məlum olub.
Aparılan təcrübə eşitmə qabiliyyəti zəif olan insanlarda daha çox müsbət irəliləyiş əldə olunduğunu göstərib.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...