"İnsanların simasız olduğunu gördüm" - Əməkdar artist dilə gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
"Hədsiz dərəcədə qısqanclığın qurbanı olmuşam. Bunlar insanı ayaqda tutur”.
BAKU.WS xəbər verir ki, bu sözləri “Şou ATV” verilişində qonaq olan Əməkdar artist Gülüstan Əliyeva deyib.
O, həyat yolunda qarşılaşdığı qısqanclıqdan danışarkən bunları deyib:
“Sənin mübarizliyini, prinsipiallığını artırır. Sənətində sıçrayışlar edə bilirsən. Lakin insanlar, hadisələr, olduğun mühit səni yorur. Çəkilirsən öz tənhalığına. Həmin zaman necə güclü insan olduğun görünür. Təklik Allaha məxsudur. Sən Allaha sığınaraq yerdə öz tənhalığınla xoşbəxt olmağı bacarırsansa, deməli, sən ən güclü insansan.
Bir zaman dostlarım, yaxınlarım arasında insanların simasız olduğunu gördüm. İnsanların daxilində əslində nələr var imiş. Əslində sən onlara dost olmusan, onlar sənə yox. İnsan tənha olanda öz gücünü hiss edir".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...