Novruz Qartal: "Ona-buna yalvarmağı bacarmıram" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"ARB" telekanalında yayımlanan "Elgizlə izlə" proqramının əməkdaşları Əməkdar artist Novruz Qartalı ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, xəstə yatağında yatan aktyor yaşadığı maddi çətinliklərdən danışıb. Sənətçi öz evi soyuq olduğundan hazırda qızının mənzilində yaşadığını bildirib.
"Uzanıram, yaxşı oluram, ayağa qalxanda başım hərlənir. Pandemiyada insult keçirdim, yemək yemədim, oturaq həyat tərzi keçirdim. Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim.
Düşündüm ki, yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...