Nikah mərasimində bəyin dostlarının zarafatı çətin anlar yaşatdı - VİDEO

Nikah mərasimində bəyin dostlarının zarafatı çətin anlar yaşatdı - VİDEO
Video
Şou-biznes 790

Türkiyədə toylardan birində maraqlı hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, evlənərək həyatlarını birləşdirən Samet Ersöz ilə Elif Özdemirin toyunda qeyri-adi hadisə baş verib.

Belə ki, bəyin dostları ona sürpriz etmək qərarına gəlib. Məclis zamanı nikahları olan cütlüyə bu evliliyə razı olub-olmadıqları soruşulub. Samet “Hə” cavabı verdikdən sonra onun dostları mərhum ifaçı Müslüm Gürsəsin “Son pişmanlık neye yarar” mahnısını səsləndiriblər.

Onların bu sürprizi Sametlə yanaşı toya gələn qonaqları da təəccübləndirib. Onlar həmin anları kameralarla çəkərək sosial şəbəkələrdə yayımlayıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər