Nigardan səs-küylü layihə - dünyaca məşhur brendlər, dəbdəbəli hotel... (VİDEO)

Nigardan səs-küylü layihə - dünyaca məşhur brendlər, dəbdəbəli hotel... (VİDEO)
Video
Şou-biznes 2926
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi, müğənni Nigar Jamal sevənlərini yenilikləri ilə təəccübləndirəcək. BAKU.WS-in məlumatına görə, tanınmış ifaçı 2019-cu ildə ilk layihəsini təqdim etməyə hazırlaşır. Belə ki, N. Jamal testemonium formatında videoçarx və fotosessiya üçün kamera önünə keçib. Bakının dəbdəbəli hotellərinin birində dünyaca məşhur brendlərin məhsullarını öz üzərində təqdim edən N. Jamal BAKU.WS-ə eksklüziv açıqlamasında layihə haqda bunları dedi:"Bu gün bizdə həm "photo shooting", həm də "backstage" "photo shooting"dir. O biri gün isə yeni klip çəkirik. Yeni mahnımız hazırdı və çalışırıq klipi çəkək. Bir az fərqli olacaq. Tam başqa konsepti var. İnşallah bəyənəcəksiniz. Çox qəmli mahnıdır. Sevgidən, bir az da ayrılıqdan bəhs edir". Layihə rəhbəri Orxan Abraxanov isə sözügedən layihənin Azərbaycanda bir ilk olduğunu diqqətə çatdırdı:"Hazırda çəkilişləri gedən layihənin ideyası mənə aiddir. Mən bunu Nigar Jamala təklif edəndən sonra bir xeyli müzakirələr aparmışıq. Nəhayət ki, bir nəticəyə gələ bildik. Testemonium (məşhur simanın nüfuzundan istifadə etməklə çəkilən reklam növü-red.) formatında çəkdiyimiz videoçarx və fotosessiya Azərbaycanda bir ilkdir. Bildiyimə görə, bu günə kimi heç bir azərbaycanlı məşhur bu formatda layihədə iştirak etməyib. Onu da qeyd edim ki, layihəyə cəlb olunan dünyaca məşhur brendlər, ilk növbədə, onların məhsullarını təqdim edəcək simanın seçiminə çox ciddi yanaşır. Nigar Jamalın namizədliyi hamı tərəfindən xoş qarşılanmışdı". Qeyd edək ki, müğənnini çəkilişboyu saç ustası İkram Əliyev, "make-up" ustası Məhbubə Məmmədli, fotoqraf Xalid Zeynalov, videoqraf Ramin Niftəliyev tək buraxmayıblar. Müğənninin prodüseri Fərid Pənahovdur. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

"Qohumlar zəng edir ki, niyə Nigarın toyunu bizdən gizlətmisiniz?"

"Qohumlar zəng edir ki, niyə Nigarın toyunu bizdən gizlətmisiniz?"

Müğənni Nigar Jamal bir müddət əvvəl yayılan gəlinlik geyimindəki fotolarından bəhs edib. BAKU.WS-in məlumatına görə, ifaçı "Instagram" hesabında bildirib ki, h...

2876 Şou-biznes 15:50 19 dekabr 2018

Son xəbərlər