Nigar "Dünən evləndik, bu gün boşandıq" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avroviziya qaliblərimizdən olan Nigar Camal maraqlı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, ötən gün "Klassik avtomobil sərgisi"nə qatılan ifaçı maraqlı görünüşü ilə hər kəsin diqqət mərkəzində olub.
Belə ki, Nigar sərgiyə gəlinlik, həmkarı Eldar Qasımov isə bəy kostyumunda qatılıb. Toyu olan cütlük təəssüratı bağışlayan ikili sərgidəki hər kəsin marağına səbəb olub. İştirakçıların böyük əksəriyyəti onlarla fotolar çəkdirib.
Həmin video və şəkilləri Nigar şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşdığı görüntülərə "Dünən evləndik, bu gün boşandıq" sözlərini yazıb. Daha sonra ifaçı həmin paylaşımı silib.
Qalereya
Oxşar xəbərlər
Açıq-saçıq geyimləri cırılan, tənqid edilən, bəyənilməyən azərbaycanlı MƏŞHURLAR - FOTO
Daim bütün diqqətləri üzərinə toplayan sənət aləmindəki məşhurlar bəzən də zaman-zaman qalmaqallı geyimləri ilə gündəmə gəliblər. Bəziləri həddən açıq-saçıq lib...