Nigar Camal:"Jasmin İqtisadiyyat fakültəsindədir, Saida isə kriminalogiyanı seçmək istəyir"
Avroviziya qalibimiz Nigar Camal qızları Jasmin və Saida ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, ARB TV-də yayımlanan "Pərvizə görə" qatılan ifaçı böyük qızı Jasminin hazırda iqtisadiyyat fakültəsində oxuduğunu, kiçik qızı Saidanın isə psixologiya və kriminalogiya ixtisasına yiyələnmək istədiyini bildirib:
"Onlar hansı ölkədə böyüsələr də, genetikalarını daşıyırlar. Məsələn, elə uşaqlar tanıyıram ki, yarı azərbaycanlıdırlar, heç Bakıya gəlməyiblər. Amma elə bil burada böyüyüblər. Bu, qanla əlaqəlidir. Mənim qızlarım Bakıya tez-tez gəlirlər. Bütün bayramlarda Bakıda olurlar. Nənə-babaya, mənim qohumlarıma çox yaxındılar. Təhsil bizim üçün çox önəmlidir, birinci yerdədir. Jasmin indi universitetə qəbul olundu. İqtisadiyyat fakültəsindədir, amma finansa keçmək fikrindədir. Saida da psixologiya və kriminalogiyanı seçmək istəyir".
Ətraflı videoda:
Oxşar xəbərlər
Selin Ciğerci daha bir estetik əməliyyat etdirib
Selin Ciğerci üzündə etdirdiyi sonuncu estetik əməliyyatla görünüşünü dəyişib. BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, cinsiyyət dəyişikliyi əməliyyatı...