Nazpəridən bu müğənnilərə sərt reaksiya: Onlar musiqimizin "qara ləkəsi"dirlər

Nazpəridən bu müğənnilərə sərt reaksiya: Onlar musiqimizin qara ləkəsidirlər
Şou-biznes 278

"Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir. Özü də necə müğənnilər, təsadüfü müğənnilər. Yəni yağışdan sonra çıxan göbələklər… Bu gün elə müğənnilərin səhnədə sayı artıb. Ona görə də musiqimizin səviyyəsi tamamilə bərbad haldadır".

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Künc-bucaq" verilişində deyib. Müğənni musiqinin hazırki vəziyyətindən şikayətlənib:

"Bu haqda sənətkarlarımızın hər biri danışmalıdır. Onlar heç olmasa nələrsə etməlidirlər. Amma görürəm ki, bu haqda heç kim heç nə demir. İndiki ifaçılar hər şeyi asanlıqla əldə edirlər. Onların yeganə istəyi və amalı toylara gedib pul qazanmaqdır. O pul qazanmaq xasiyyəti olan şəxs sənəti düşünmür.

Bu sənətə yeni gələn ifaçılara iradlarımızı deyəndə həmin "müğənniciklər" xoşagəlməz sözlər ünvanlayırlar. Fəxri adı olanlar da elə söz eşitmək istəməz.

Ali təhsil ocaqlarında bu qədər pedaqoqlar, amma onların heç bir bu barədə danışmır. Misal üçün Mədəniyyət Nazirliyində o qədər insanlar var ki, onların heç biri bu ifaçılara irad bildirmir.

O toyu, toyxananı və həddindən artıq sərbəstliyi əgər sən televiziyaya gətirirsənsə, bu düzgün deyil. Beləcə, sən azərbaycan mədəniyyətini məhv etmiş olursan. Toyxananı gətirib studiyalarda canlandırsaq bizim musiqimizin kökü məhv olub gedəcək. Bu dəqiqə də bu proses gedir. Bu gün musiqimizə qara ləkə gətirən "trend" məsələsidir".

Oxşar xəbərlər

Bu dünya məşhurlarının heç bir ali təhsili yoxdur

Bu dünya məşhurlarının heç bir ali təhsili yoxdur

Sənət dünyasında uğur qazanmaq üçün ali təhsilin mütləq şərt olmadığına dair nümunələr az deyil.  BAKU.WS xəbər verir ki, bir sıra tanınmış aktyor və müğənnilər...

111 Şou-biznes 13:35 15 dekabr 2025

Son xəbərlər