Nazpəri Dostəliyeva: "20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nazpəri Dostəliyeva maraqlı etirafı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, aparıcı Nanə Ağamalıyevanın "Günün sədası” verilişinə dəvət olunan ifaçı illər əvvəl dillər əzbəri olan "Nə olar, Allahım" mahnısından danışıb.
Həmin mahnıya çəkilən klipdə Dostəliyeva Xalq artisti Ramiz Novruzla sevgili rolunda olub. Veriliş zamanı sənətçi 20 ildir ki, Ramiz bəyi hər dəfə görəndə bir-birlərinə "sevgilim” deyə müraciət etdiklərini etiraf edib:
"Nə olar, Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə artıq 20 ildir ki, bir-birimizi görəndə "sevgilim” deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...