Naxçıvanda “Xıdır Nəbi” bayramı qeyd olunur - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvanda “Xıdır Nəbi” bayramı qeyd olunur.
BAKU.WS xəbər verir ki, Nakhchivan Autonomous Republic “Twitter” səhifəsində bayram adətlərini yaşadan video paylaşım edilib.
Qeyd olunur ki, Naxçıvanda əsrlərdir qorunan bu bayram yazın ilk carçısıdır: “Mənası "qaranlıqdan (soyuq qışdan) çıxdıq" deməkdir.
Xıdıra xıdır deyərlər,
Xıdırın payını verərlər!
Bayramınız mübarək olsun”.
Ölkəmizdə geniş yayılmış, milli adət-ənənələrimizin bu günə kimi qorunub saxlanıldığı bayramlardan biri də Xıdır Nəbi bayramıdır.
Bu bayram, demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır Nəbi bayramı yazın gəlişini, təbiətin oyanmasını, otların cücərməsini, axar suyun təmizlənməsini özündə ehtiva edir.
Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır. Çünki artıq yazın gəlişi ilə bölgələrimizdə əkin-səpin işləri həyata keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - TAM MƏTN - YENİLƏNİB - VİDEO
-Əziz həmvətənlər. 2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək ö...