Narmeen yeni klipinin təqdimatını keçirdi- VİDEO
20
iyn
2019
16:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 19-da müğənni Narmeenin (Nərmin Behbudova) "Не твоя" mahnısına çəkdiyi klipinin təqdimatını keçirib.BAKU.WS xəbər verir ki, bu müğənnin ilk klipidir. Nərmin Behbudova "O Səs Azərbaycan" da Manananın komandasında öz fərqli çıxışı və tərzi ilə maraq yaratmışdır. Musiqinin sözləri Fərid Mamedova, musiqisi isə ifaçının özünə məxsusdur. Musiqinin aranjimanı Los-Ancelesdə yerləşən studiyaların birində edilib. Ekran işini ukraniyalı rejissor Aleksey Krupina ərsəyə gətirib. Təqdimatda müğənni ona verilən suallara cavablandırdı. Müğənni tezliklə azərbaycan dilində ifa etdiyi mahnını da izləyicilərinə təqdim edəcək.Qeyd edək ki, müğənni həm də Azərbaycanda fəaliyyət göstərən "Dervish Band" qrupunun solistidir. Lalə Ramizqızı
Qalereya
Oxşar xəbərlər
"DədəBaba" qrupunun albom təqdimatı olub - VİDEO
Dünən Azərbaycanın satirik rok qrupu "DədəBaba" "Buyurun, keçin, baxın" adlı ilk albomunun təqdimatını keçirib.BAKU.WS xəbər verir ki, 3 ildir fəaliyyət göstərə...