Naibə Allahverdiyeva: “Küçədən gəldin, seriala çəkildin, aktyor oldun”
Yeniliklərdən dərhal xəbərdar olun
Tez-tez sosial şəbəkədəki statusları ilə gündəmə gələn Xalq artisti Naibə Allahverdiyeva sənəti ilə bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, "7 canlı" proqramına qonaq olan aktrisa həmkarlarının ona bu sənətdə irəli getməsinə mane olduqlarını bildirib:
“Sənət aləmində inciklik yaşadığım insanlar var. Bu, nədən qaynaqlanır, bilmirəm. Xalq məni sevir, dövlət əməyimi qiymətləndirir. Bu gün hər şey göz qabağındadır. Hər zaman öz ayaqlarım üstündə durmağı bacarmışam. Bizim bir çox aktrisalarımız məşhurlaşan kimi fikirləşirlər ki, digər aktyorları aradan çıxarmaq lazımdır.
Elə aktrisalarımız var ki, onlar bizə lazım idilər, lakin sənəti tərk etməli oldular. Küçədən gəldin, seriala çəkildin, aktyor oldun. Bu, belə olmamalıdır. Bu gün mən seriallarda yoxam. Mən harasa gedəndə sual verirlər ki, siz niyə seriallara çəkilmirsiniz? Əzizlərim, bilin ki, bu, məndən asılı olan bir şey deyil”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...