Nadir Qafarzadə öz toyunda baş verənlərdən danışdı - dava düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ARB TV-nin “Ona qalsa” verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.
Müğənni həyat yoldaşını qaçırtdığından danışıb:
“1993-cü ildə toyum mağarda olub. Mən bütün toy tədarükümü özüm görmüşəm, hətta dəvətnaməyə kimi özüm paylamışam. Adətən dəvətnaməni bəy paylamır, amma kimsəmiz yox idi. Evdə ata yox idi deyə ən böyük, başıpapaqlı mən idim.
Nişanlımı qaçırtdım. Ailədə çox idik, anam yaşlanmışdı, qayınatam isə çox inadkar adam idi. Bircə qızı var idi deyə istəmirdi, qızını kənd yerinə versin. Hər gün toyu gecikdirirdi, deyirdi ki, hələ hazır deyiləm, cehiz hazır deyil, filan-filan şeylər... Anam getdi, qızın atasına dedi ki, ay Hacı, məni incitmə, axı mən yaşlı arvadam, qoy aparım gəlinimi.
Axırda anama dedim ki, sən narahat olma, 3 gün keçməz, səni sevindirərəm. Getdim, nişanlıma dedim ki, sən məni sevirsən? O dedi ki, əlbəttə. Dedim, onda gedək. Nişanlım dedi ki, indi hazır deyiləm, amma sabah hazırlaşaram. Getdim, evdən götürdüm onu, yüngül əşyaları olan çamadanları ilə şəhərə apardım.
Sonra qızı xalamgildən toyla, vağzalı ilə apardım. Mağarda vur çatlasın, çal oynasın oldu. Toyda da dava düşdü. Gəlinin 40-ı çıxdıqdan sonra getdik qayınatamgilin qapısına. Ondan sonra cehiz də, mebel də verdilər”.
Oxşar xəbərlər
“Şainçik, danış, mənə pul versinlər...” – Şok VİDEO
2016-ci ilədək aprel məğlubiyyət, daha doğrusu itki ayı idi. Ya 1920-ci ilin 28 aprel işğalı ilə, ya da 1993-cü ilin 2 aprelində Kəlbəcəri düşmənə buraxıb çıxma...