Nadir Qafarzadə boşanma xəbərinə aydınlıq gətirdi (AUDIO)

Nadir Qafarzadə boşanma xəbərinə aydınlıq gətirdi (AUDIO)
Şou-biznes 1764

Nadir Qafarzadə boşanma xəbərinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, müğənni şəxsi həyatı ilə bağlı yayılan xoşagəlməz söhbətlərdən təəssüf hissi keçirdiyini bildirib.

"İndi müğənninin yaradıcılığından çox, şəxsi həyatı ilə maraqlanırlar. Bəzi ağzıgöyçəklər şayiə çıxarıblar ki, guya boşanmışam. Yayılan yanlış söhbətə görə yaxınlarım narahatlıq keçirdi. Hətta indi də telefonuma zənglər olur. Düşünürəm ki, artıq bu boşanmaq mövzusuna nöqtə qoymaq lazımdır. Bir də bu barədə mənə sual verilməsin. Yayılan söhbətlər həqiqəti əks etdirmir”. 

N.Qafarzadə həmçinin yaradıcılıq yeniliklərindən danışıb.

 Bildirib ki, "Əzizlərim” adlı yeni mahnı oxuyub.

Qeyd edək ki, "Əzizlərim” adlı bəstənin sözləri Baba Vəziroğlu, musiqisi Novruz Aslana, aranjimanı Givi Usenaşviliyə məxsusdur. 

Bəstəkar N.Aslan bu bəstəni anasının xatirəsinə yazıb. 

Yeni mahnını oxuculara təqdim edirik:

Aysel.Ş

BAKU.WS

Son xəbərlər