“Nə qədər yuva dağıtmışam” - Niyam Salami - VİDEO
08
okt
2018
11:44
ARB TV-nin “Kim var, Kim yox?” verilişinin növbəti qonağı müğənni Niyam Salami olub. Müğənni yaş artdıqca insanın çox şeyi dərk etdiyini qeyd edib: “Küçədə ac olan heyvanlar var. Onsuz nəyisə götürüb zibilə atacaqsan, ac olan heyvanlar var, nə olar, atma. Küçədə sınıq budaq da görsəm, bilsəm ki, düzətsəm düzələr, gedib onu düzəldirəm. Sadəcə tənbəllik etmirəm. O da yaş keçdikcə məndə olur. Elə insan var deyirlər ki, dələduz olur, sözə qulaq asmır. Biraz keçdikdən sonra yaş özünü göstərir. Mən də gəncliyimdə, məktəbdə oxuyanda, nə qədər yalan danışmışam, günah işlətmişəm, qarışqa öldürmüşəm, heyvan yuvası dağıtmışam. Uşaqlıqda qanmırsan. Sonra yavaş-yavaş deyirsən ki, olmaz. Gərək insanın həyatında tormoz deyilən bir şey olsun”. BAKU.WS
Oxşar xəbərlər
"Atam kimi kişi deyiləm" - Niyam Salami (VİDEO)
“Əsl kişi, kişi görkəmində olmalıdır, mən şou-biznes adamıyam. Amma onun kişiliyə aidiyyatı yoxdur”.BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ARB...