Müsabiqədə “Laçın”ı ifa edən gürcü qızı Baku TV-yə danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
12 yaşlı gürcü qız “Laçın” xalq mahnımızı ifa edərək, hər kəsin rəğbətini qazanıb.
Belə ki, qonşu Gürcüstanın İctimai televiziyasında yayımlanan “Ranina” uşaq musiqi yarışmasında iştirak edən Anastasia Vasadze Azərbaycan dilində “Laçın” xalq mahnımızı ifa edib. Onun bu ifası izləyicilər tərəfindən alqışlarla qarşılanaraq, son günlərdə sosial şəbəkələrdə geniş paylaşılıb.
BAKU.TV-yə müsahibə verən 12 yaşlı ifaçı Azərbaycan mahnılarına marağından danışıb:
“Mən kiçik yaşlarımdan mahnılar ifa edirəm. “Ranina” musiqi yarışmasında uşaqların çıxışlarını izləyəndən sonra özümü sınamaq qərarına gəldim və yarışa qatıldım. Burada mənə ifa etməyim üçün Azərbaycan mahnısını təklif etdilər. Mən buna çox sevindim. Ümumiyyətlə, deyərdim ki, Azərbaycan mahnıları çox gözəldir, onlara həmişə böyük marağım olub. Düşünürəm ki, yaxşı ifa edə bildim”.
Anastasia “Laçın” mahnısını ifa etmək üçün xüsusi hazırlıqlara getdiyini deyib:
“Hər dərsdə özümü daha da inkişaf etdirirdim. “Laçın” mahnısını ifa etmək texniki cəhətdən çox çətindir. Nə yalan deyim, öyrənmək heç də asan olmadı. Ancaq bütün çətinliklərə baxmayaraq, müəllimlərimin köməkliyi ilə bu işin öhdəsindən gəldim”.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...