Müğənni Damla Pərviz Bülbüləyə görə depressiyaya düşdü
Müğənni Damla duet ortağı, meyxanaçı Pərviz Bülbülə ilə sevgili olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, meyxanaçı ilə sevgili deyil:
"Sosial şəbəkədə Pərvizlə mənim birgə şəkillərimin, videolarımın altına çox qəribə şərhlər yazırlar. Yazırlar ki, sən camaatın ailəsini dağıdırsan, imkan vermirsən, camaat həyatını yaşasın. Sən nə arsız insansan? Bütün bunlardan sonra depressiyaya düşdüm. Bilirsiniz ki, Pərvizin də prodüseri onun qaynıdır, ona zəng etdim, dedim ki, bu nə söhbətdir? O dedi ki, narahat olmayım, Pərvizin həyat yoldaşı onun bacısıdır və bacısı çox xoşbəxtdir. Onun sözlərindən sonra rahatlaşdım”.
BAKU.WS
Oxşar xəbərlər
Damla Pərviz Bülbülə ilə münasibətlərindən danışdı: "Kim nə deyir qoy desin" (VİDEO)
Son zamanlar məşhurlaşan müğənni Damla birlikdə duet ifa etdiyi meyxanaçı Pərviz Bülbülə haqqında müsbət fikilərini İnstagram izləyiciləri ilə bölüşüb. BAKU.WS...