Müğənni Günay Monitorinq Mərkəzinin mütəxəssisinin səhvini tutdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Günay İbrahimli sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisinin videosunu payalaşaraq "Min beş yüz" sözünü səhv tələffüz etdiyini deyib:
"Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi danışır. "Min beş yüz" deyə tələffüz olunur yoxsa "Min beşşüşşzt?".
Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib.
Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. Siyahıda müğənni Günay İbrahimlinin "O kimdir ki?" adlı ifası da yer alıb.
Sözügedən iclasda Xalq artisti Brilliant Dadaşova da iştirak edib.
Oxşar xəbərlər
Bayağı mahnıların siyahısının təqdim edildiyi iclasda Brilliant Dadaşova da iştirak edib - VİDEO
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi “Mahnılarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın...