Mübariz Mənsimov Bakıdakı milyonluq mülklərini satışa çıxardı (FOTO)
02
fev
2018
11:14
Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.BAKU.WS
Oxşar xəbərlər
Mübariz Mənsimovdan haqqında çıxan xəbərlərə cavab: "Yazıq oğrular"
"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında çıxan məlumatlara reaksiya verib.BAKU.WS-in məlumatına görə, iş adamı sosial şəbəkədən haqqında y...