Məlahət Abbasovanı şantaj edirlər - "Bu əxlaqsız kimdirsə..." (FOTO)
01
mar
2019
14:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Məlahət Abbasova bir xanım tərəfindən şantaj edilir. BAKU.WS-in məlumatına görə, Türkiyədə yaşayan aktrisa özü bu haqda xəbər yayıb. O bildirib ki, "Instagram"da "melomaniya" adı ilə profil açan bir xanım hər gün ona təhqirlər yazır:"Bütün yaradıcılığım boyunca uzun illərdir uzaqda da olsam, Azərbaycan əsərlərinin, teatrının tanıtılması üçün əlimdən nə gəlirsə edirəm. Bu əxlaqsız kimdirsə, Azərbaycan qadınının ləyaqətini, namusunu, əxlaqını heçə sayaraq günlərdir mənə əxlaqsız mesajlar göndərir. Məni döydürməklə təhdid edir. Mənə yaraşmayacaq formada ona cavab verməyə çalışdım. Amma sakitləşmir. Tanıdığım biri də deyil. Belə qadınlar Azərbaycan xanımı adına danışıq əxlaqı tərəfdən böyük ləkədir. Lazımi yerlərə şikayət edəcəm".BAKU.WS
Oxşar xəbərlər
Məlahət Abbasova aparıcını fırıldaqçılıqda İTTİHAM ETDİ: "Gəncləri aldadırsınız"
Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səid Əyyubqızını fırıldaqçılıqda ittiham edib.BAKU.WS xəbər verir ki, buna səbəb aparıcının təş...