Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: "Harınlamış oğlan deyiləm" (ÖZƏL)

Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: Harınlamış oğlan deyiləm (ÖZƏL)
Şou-biznes 27697

Azərbaycanda səs küyə səbəb olan Şəmkirdəki dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib. 

Dəbdəbəli toyu olan Natiq BAKU.WS-ə bunları deyib:  

"Burada nə var ki, Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də. Dəbdəbəli toy deyildi. Normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Mən əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”. 

O, Mustafa Cecelini əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb: "Atamla-əmim, mənim üçün ikisi də bir adamdır. Atam, mən və əmim bir yerdə işləyirik”. 

Tuncay

BAKU.WS

Son xəbərlər