Əməkdar artist qaydaları pozdu, bölməyə çağırıldı (VİDEO)

Əməkdar artist qaydaları pozdu, bölməyə çağırıldı (VİDEO)
Video
Şou-biznes 1842

 

Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozub.

Skripka ifaçısı maşında çəkdiyi bir videonu sosial şəbəkədə paylaşıb. Görüntüdə S.Abbasovun azyaşlı uşağı avtomobildə qabaq oturacaqda əyləşdirdiyi, təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunub.

Məsələ ilə bağlı "Xəzər xəbər” süjet hazırlayıb.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirib:

"Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağın qabaq oturacaqda əyləşməsi faktı var. Maşının hərəkət edib-etməməsi araşdırılacaq. Səlim Abbasov bölməyə dəvət olunub. Danışılıb, məsələyə aydınlıq gətiriləcək. Onun verəcəyi izzahat əsasında inzibati xəta tərkibi varsa, əməkdar artist cəzalandırılacaq”.

S.Abbasov isə avtomobili ara küçədə idarə etdiyini deyib.

BAKU.WS

 

Oxşar xəbərlər

Coşqun Rəhimov əməliyyatdan sonra ilk dəfə efirə çıxdı (FOTO)

Coşqun Rəhimov əməliyyatdan sonra ilk dəfə efirə çıxdı (FOTO)

Bu il sentyabrın 6-da qalxanabənzər vəzin xərçəngi xəstəliyindən dolayı üçüncü dəfə əməliyyat olunan əməkdar artist Coşqun Rəhimov ilk dəfə efirə çıxıb. BAKU.W...

2732 Şou-biznes 12:40 21 oktyabr 2016

Son xəbərlər