Məşhur aktrisanın evində OĞURLUQ: "Сəmi bir üzük saxlayıblar" (VİDEO)
15
noy
2018
15:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyevanın evində oğurluq hadisəsinin baş verməsi haqda xəbər vermişdik. BAKU.WS-in məlumatına görə, "Bizimləsən" verilişində bununla bağlı süjet yayımlanıb. Bildirilib ki, oğrular qapını açarla açıblar, evi sanki tanıyırmışlar kimi hərəkət ediblər. 15 min manat dəyərində zinət əşyalarını götürüblər. Qabda cəmi bir üzük saxlayıblar. Evdəki 500 dolların 200-nü və 300 manatını götürüblər. Ülviyyə isə oğurluqdan sonra qorxduğunu bildirib:"4 aydır toyumuz olub, ilk dəfə evdə olmadıq. Qəribə oğurluqdur. Evə girib qızıllara baxana kimi bilmədim ki, oğru gəlib. O qədər rahat işləyiblər ki. 15 min deyilir, amma 24,500 manatlıq qızılım gedib. Götürülən əşyalardan çox, evə oğru girməsinə narahatam. Anamın mənə verdiyi üzüyü saxlayıblar. Bir də 300 dollar pul qoyublar".BAKU.WS
Oxşar xəbərlər
Ülviyyə Əliyevanın evini yardılar
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Ülviyyə Əliyevanın evini qarət ediblər.BAKU.WS-in məlumatına görə, hadisə 3-4 gün bundan əvvəl baş verib. Cinayət...