Məşhur aktrisa 13 il əvvəl Manananın klipində - VİDEO
13
fev
2019
22:44
Tanınmış aktrisa Sevinc Əliyevanın 13 il əvvəlki kadrları üzə çıxıb. BAKU.WS xəbər verir ki, 33 yaşlı aktrisa 13 il əvvəl gürcü əsilli müğənni Manananın "Səndən ayrı" klipində rol alıb. Sevinc Əliyevanın "Cavanlığım, düz 13 il əvvəl" şərhi ilə instaqramda paylaşdığı kadrlar diqqət çəkib. Kino ulduzunun xüsusilə inanılmaz dəyişimi maraq doğurub. O da məlum olub ki, klipin rejissorluğunu aktrisanın eks-əri Fuad Əlişov həyata keçirib. Məlumat üçün onu da bildirək ki, Sevinc Əliyeva baş rolu Ziya Ağa ilə paylaşdığı "Dalan" adlı ekran işi ilə aprelin 4-də tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Adıçəkilən filmin rejissoru Rüstəmzadə Elvin, ssenari müəllifi isə Səbinə Əhmədlidir. (publika.az) BAKU.WS
Oxşar xəbərlər
Bəzən sevgi xəyanətin özüdür
Aprelin 4-də yeni "Dalan" filminin təqdimat mərasimi keçiriləcək. BAKU.WS-in məlumatına görə, filmdəki hadisələr bir-birilərinə tanış olan iki fərqli ailədə cər...