Meyxanaçı Ağakərimin vəziyyəti yaxşı deyil: “Danışdırmasan danışmır”
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil.
BAKU.WS xəbər verir ki, bu barədə Lent.az-a meyxanaçının oğlu deyib:
“Atamın vəziyyətində irəliləyiş yoxdur. Ev şəraitində müalicə olunur. Həkimlər söylədilər ki, onun müalicəsi üçün evlə xəstəxananın heç bir fərqi yoxdur. Özünə qapanıb, danışdırmasan danışmır. Ümidimiz Allahadır. Biz lazım olan bütün dərmanları veririk”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
Oxşar xəbərlər
Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR - Oğlu danışdı
“Atamın vəziyyəti əvvəlinə baxanda daha da yaxşıdır”.BAKU.WS xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında meyxana ustası Ağakərim (Kərim) Novruzovun oğlu...