Mətanətdən gəlininə atmaca: “Nankor adam çıxmasın”
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artisti Mətanət İsgəndərli uzun müddətdir qalmaqal yaşadığı gəlini Cananadan danışıb.
BAKU.WS xəbər verir ki, sənətçi aparıcı Sərxan Kərəmoğlu ilə söhbət edərkən bu mövzuya toxunub.
Ailə münasibətlərindən danışan məşhurlar gəlin-qayınana münasibətlərinə toxunub. Mətanət Sərxanın "Qayınana da ana sayılır" sözlərinə belə reaksiya verib:
"Mən də qayınanayam. Nə olsun? Bir də görürsən, yaxşı olmur. Hər şey qarşılıqlı olmalıdır. Bəxtlə əlaqəlidir. Qarşına nanəcib, nankor adam çıxmasın".
Sözügedən görüntüləri Sərxan Kərəmoğlu şəxsi “Instagram” hesabında yayımlayıb.
Xatırladaq ki, ifaçının gəlini Canana övladlarının və özünün əri tərəfindən fiziki şiddətə məruz qaldığını bildirib. Hazırda kirayədə qalan Canana Mətanət İsgəndərlinin nəvələrinə maddi və mənəvi dəstək olmadığını bildirib.
Oxşar xəbərlər
"Kərimin ailə quracağı xanım mənə hədə-qorxu gəlir" - Mətanətin gəlinindən iddia
Uzun müddətdir ki, əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasında qalmaqal bitmək bilmir. BAKU.WS big.az-a istinadən bildirir ki, Mətanət k...