Mətanət İsgəndərli: "Boynum sınaydı, mən niyə gəldim bu sənətə ..." - VİDEO

"Mənim bircə günahım o oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş gəlməyərdim və məşhur olmayardım. Mən cəhənnəmə, övladlarım əziyyət çəkdi. Övladlarıma əl atdılar. Hiylə ilə evimə girdilər".
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli deyib. Sənətçi "Space Star" proqramına açıqlamasında bu sənətə gəlməyinə peşman olduğunu deyib:
"Mən saf və təmiz adamam. Həmişə insanlara inanmışam. Amma artıq onlar qarşı inamım itib. Bəzi adamlara həsəd aparıram. Onlara nə daş atan var, nə şər atan... Onlara həsəd aparıram. Deyirəm mənim boynum sınaydı. Mən niyə gəldim bu sənətə ...".
Ətraflı videoda:
Oxşar xəbərlər
Mətanət İsgəndərli keçmiş gəlini Canananı Fatimənin ad günündən qovdurdu
Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasındakı gərginlik bitmək bilmir. Bir müddət əvvəl Canana ona barışıq addımı atsa da İsgəndərli onu...
