Məşhur rəqqasəyə 40 milyonluq maşın aldılar

Məşhur rəqqasəyə 40 milyonluq maşın aldılar
Foto
Şou-biznes 749

Türkiyənin məşhur oriyental rəqqasəsi Asena yenidən gündəm olub.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, İbo Şou ilə məşhurlaşan və bir müddət İbrahim Tatlısəs ilə eşq yaşayan Asena 2017-ci ildə Həsən Dərə ilə evləndikdən sonra xaricə yerləşərək işini tərk edib. Çevik rəqsi ilə illər boyu ekranlarda izləyiciləri heyran qoyan Asena bu yaxınlarda bir tədbirdə oriyental rəqs nümayişi ilə çıxış edib və tənqid hədəfi olub.

Hazırda, Asena ərinin ona hədiyyə etdiyi avtomobil ilə yenidən gündəmə gəlib. "Aramızda" verilişində iştirak edərkən Asena həyat yoldaşının ona aldığı maşını təsvir edərək "Həyat yoldaşımın mənə hədiyyəsidir. Nənəmin bir deyimi var idi ki, evləndiyin kişi xəsis olmasın, yoxsa ürəyi də xəsis olar. Mənim həyat yoldaşım isə dünyanın ən mərhəmətli adamıdır," deyə bildirib.

Lüks markaya aid olan avtomobilin dəyərinin 40 milyon lirə olduğu iddia edilib.

Son xəbərlər