Məşhur bas gitaraçı dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı musiqiçi və radio aparıcısı Salvatore "Sal" Maida 77 yaşında vəfat edib. O, Sparks və Roxy Music qruplarının üzvü olub, həmçinin Milk 'N' Cookies, The Runaways, Ronnie Spector və bir çox digər sənətçilərlə əməkdaşlıq edib.
BAKU.WS xəbər verir ki, sənətçinin ölümünə uğursuz yıxılmadan sonra yaranan fəsadlar səbəb olub. Bu barədə The Hollywood Reporterə onun həyat yoldaşı məlumat verib. Sal şənbə günü doğulduğu Nyu-York şəhərində dünyasını dəyişib.
Sal Maida 1948-ci ildə Manhettendə anadan olub və iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Musiqi karyerasına başlamazdan əvvəl Londonda səsyazma mağazasında işləyib və burada Roxy Music qrupunun təbilçisi Pol Tompson ilə tanış olub. O, 1973-cü ildə "Stranded" turnesi zamanı bu qrupa qoşularaq məşhurlaşıb.
2014-cü ildə sənətçi öz xatirələrini kitab şəklində nəşr edib.
Qeyd edək ki, Sal Maidanın oğlu Dilan 2019-cu ilin dekabrında melanomadan vəfat edib.
Oxşar xəbərlər
Kişi fanatının bu addımı müğənnini şoka saldı
Müğənni Mert Demirin səhnə aldığı konsertlərindən birində diqqətçəkən hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, Yenikapıdakı konserti zamanı səhnəyə çıxan kişi p...