Məşhur aktyorun sadə və ucuz evi müzakirələrə səbəb oldu
Məşhur aktyor Selahattin Taşdöğen ilk dəfə evinin qapılarını mətbutata açıb.
BAKU.WS xəbər verir ki, "Evrim Akın ile Ev Gezmesi" proqramının çəkiliş heyəti onun mənzilində qonaq olub. Aktyorun evi sadəliyi və ucuz olması ilə marağa səbəb olub.
Selahattin Taşdöğen uzun illərdir aktyorluq fəaliyyəti göstərir və bir neçə ekran işində müxtəlif rollar canlandırıb.
3 otaqlı evdə əsasən qara və açıq qəhvəyi rənglərdən istifadə edilib.
Aktyorun evinin fotoları sosial şəbəkədə yayıldıqdan sonra xeyli müzakirələrə səbəb olub.
Xatırladaq ki, Selahattin Taşdöğen "Çılgın Bediş" serialındakı "Necmi Dede" obrazı ilə məşhurlaşıb. O 4 dəfə ailə qurub.
3 övladı var.
Qalereya
Oxşar xəbərlər
Yaşar Yusubdan səhnəyə iddialı dönüş: "Belə olmamışam"
Məşhur müğənni Yaşar Yusub 2026-cı ilə iddialı layihələrlə qədəm qoymağa hazırlaşır. Bu barədə BAKU.WS-ə açıqlama verən sənətçi hazırda yeni fotosessiya üzərin...