Məşhurların məşhur övladları - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhurlarımız hər zaman göz önündədir. Bəziləri uşaq vaxtlarından, bəziləri isə sonradan həvəsə gəlib sənətdə addımlar atan məşhurların övladları məşhurluqda öz valideynlərindən heç də geri qalmırlar.Siyahının önündə Xalq artisti Aygün Kazımovanın biricik qızı - lap kiçik yaşlarından anası ilə birlikdə səhnələrə çıxan, hətta kliplərində belə çəkilən İlqarədir.
Möhtəşəm toyu ilə hələ də müzakirə olunan Əməkdar artist Aybəniz Haşımovanın gözəl qızı Aynişan Quliyeva da məşhurların cərgəsindədir.
Çalışqanlığı, yeni-yeni ifaları, klipləri, fit görünüşü ilə gözləri oxşayan Rəqsanə İsmayılovanın özündən gözəl qızı Aysun hər zaman yaşıdlarından seçilməyi bacarır.
Xalq artisti Gülyaz Məmmədovanın oğlu Ramazan ilk addımlarını gitara ilə başlasa da, oxumağa üstünlük verir.
Məşhurların məşhur övladlarından söz düşdüsə, Əməkdar artist Rəhman Rəhmanovun istedadı ilə ürəkləri çoxdan fəth edən oğlu Emil Rəhmanovun adını çəkməsək, günah olar.
BAKU.WS ATV-nin "Gündən Günə" proqramının mövzu ilə bağlı süjetini təqdim edir:
Oxşar xəbərlər
Xalq artistinin oğlu aktrisanın qızı ilə evləndi - VİDEO
Xalq artisti, məşhur opera ifaçısı Fidan Qasımovanın oğlu Fərid və Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyisin toyu olub. BAKU.WS “Qafqazinfo”ya istinadla...