Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar: "Məni yandıran o şərəfsiz..." - FOTO

Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar: Məni yandıran o şərəfsiz... - FOTO
Şou-biznes 775

Rusiyada yaşayan azərbaycanlı videobloger Hüseyn Həsənovun Bakıda yaratdığı izdiham ajiotaja səbəb olub. Ticarət mərkəzlərindən birində təşkil edilən görüş zamanı insanlar bir-birlərini əziblər. Sosial şəbəkələrdə ən çox qınaq obyektinə çevrilən məqam isə səhnədəki şəxslərdən birinin insanlara qayışla vurması olub.

BAKU.WS xəbər verir ki, blogerin fanatları ilə baş tutan səs-küylü görüşünə məşhurlar səssiz qalmayıblar. Onlar sosial şəbəkə hesablarında yaxud da videoların paylaşıldığı səhifələrdə görüşə öz münasibətlərini bildiriblər. Tanınmışlar da digər istifadəçilər kimi kəmərlə insanları vuran şəxsi təhqir ediblər:

Xalq artisti Naibə Allahverdiyeva

"Yeni bir kitabın təqdimatıdır! Deyirlər, təqdimatdan sonra kitab paylayacaqlar! Bunlar kitabsevərlərdir".

Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar:

Prodüser Tarix Əliyev (Tolik)

"Normaldır, uşaqdırlar. Hərənin bir kumiri olur. Məni yandıran o şərəfsiz var. O, uşaqları kəmərlə vururdu. Heç Hüseynin komandasından da deyil. Sən kimsən, camaatın balasını kəmərlə vurursan?"

Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar:

Aparıcı Leyla Quliyeva

"Nəyə görə? Kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var, "Yaxşı at özünə qamçı vurdurmaz". Bəs insan necə? Qamçılanar?"

Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar:

Aparıcı Turan İbrahimov

"Park Bulvar"da baş verənlərdə qeyri-adi heç nə yoxdur. Yeniyetmə emosional təcrübəsizliyinə populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiyaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. İndilərdə dövran vayner-blogerlərindir".

Məşhurlar blogerin izdihamlı görüşündən yazdılar:

Qeyd edək ki, blogerlə görüş zamanı səhnədən insanları qayışla vuran şəxs artıq 15 sutkalıq həbs olunub. Bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər