Məşhur geoloqdan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
Geologiya mühəndisi Fahri Çelik zəlzələ zamanı Türkiyənin ən təhlükəsiz və təhlükəli şəhərlərini açıqlayıb.
BAKU.WS musavat.com-a istinadən bildirir ki, o, xüsusilə bir şəhər haqqında xəbərdarlıq edib.
F.Çelik Qara dəniz sahilindəki şəhərlərin təhlükəsiz olduğunu bildirib.
Onun sözlərinə görə, Gümüşhanə Türkiyənin ən təhlükəsiz şəhərləri arasında birinci, Trabzon ikinci, Rizə üçüncü, Zonguldak isə dördüncüdür.
Alim İstanbulun altıncı yerdə olduğunu bildirib:
"Bu, Qara dəniz sərhədi boyunca belə davam edir. Dağları və təpələri olduğu üçün İstanbulu təhlükəsiz hesab edirəm. Bodrum və Antalya vilayətlərimiz də güclüdür. Sadaladığım şəhərlərdə dağlar olduğu üçün zəlzələ baş verəndə qısa müddət davam edir".
Fahri Çelik Hakkarini zəlzələ ehtimalının ən yüksək olduğu vilayət hesab edir:
"Hakkaridə zəlzələ riski yüksəkdir. Amma zəlzələ olsa belə oradakı vətəndaşlar qorxmasın. Çünki Hakkarinin ətrafı dağlardır, böyük dağıntı olmayacaq".
Oxşar xəbərlər
Öncəgörücülük qabiliyyəti yüksək olan BÜRCLƏR - Onlar bəzən hər şeyi öncədən hiss edir
Astrologiyaya görə, bəzi bürclərdən olan insanların intuisiyası çox güclü ola bilər. Bu insanlar hisslərindən istifadə edərək bir çox mövzuda düzgün proqnozlar...