Məşhur fenomen yenidən həbsxanaya göndərildi

Özünə zərər verdiyi iddia edilən sosial media fenomeni Alisya Bahar Candan müalicə aldığı xəstəxanadan yenidən həbsxanaya göndərilib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o, mayın 24-də saxlandığı həbsxanadan Silivri Dövlət Xəstəxanasına köçürülüb.
Özünə zərər verdiyi iddia edilən Candan müalicəsi tamamlandıqdan sonra bu gün yenidən həbsxanaya aparılıb.
Qeyd edək ki, Küçükçekmece Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, aralarında Alisya Bahar Candan və onun böyük bacısı, "Nihal Candan" kimi tanınan Gülnihal Çiçək də daxil olmaqla, 22 şübhəli barəsində "cinayət təşkilatına üzv olmaq", "dələduzluq" ittihamları ilə iddianamə hazırlanıb.
İddianamədə Alisya Bahar Candanın "cinayət təşkilatına üzv olmaq" və "dələduzluq" ittihamı ilə 14 ildən 44 ilədək, Gülnihal Çiçəyin isə 8 ildən 24 ilədək həbs cəzası tələb olunur.
Qeyd edək ki, Candanın böyük bacısı Nihal Candan bir müddət əvvəl həbsdən çıxıb.
Oxşar xəbərlər
Engin Polatın həbsxanadan ilk fotosu: Görənlər İkardiyə bənzədir - FOTO
Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə həbs olunan məşhur türkiyəli fenomen Dilan Polatın əri Engin Polatın həbsxanadan ilk fotosu yay...
