Məşhur cütlük ikinci dəfə boşanır

Məşhur cütlük ikinci dəfə boşanır
Şou-biznes 248

Ötən il ikinci dəfə evlənən müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı cütlüyü boşanmaq qərarına gəlib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Akçıl mətbuata açıqlamasında bildirib.

Sənətçi Burcu Kıratlı ilə bir müddətdir ayrı yaşadığını və boşanmanın da gündəmdə olduğunu qeyd edib.

Həmçinin Kıratlı instaqram hesabından Akçıl soyadını silib.

Qeyd edək ki, Sinan Akçıl və Burcu Kıratlı 2019-cu il yanvarın 1-də Amsterdamda evlənib. Doqquz ay evli olan cütlük ani bir qərarla boşanıb. Ayrılığa Burcu Kıratlının qısqanclıqlarının səbəb olduğu iddia edilmişdi. Cütlük 2021-ci ilin fevralında yenidən bir araya gələrək ikinci dəfə evlənmişdi.

Məşhur cütlük ikinci dəfə boşanır

Məşhur cütlük ikinci dəfə boşanır

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər